Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkə Başçımız Qoşulmama Hərəkatının ölkələrin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu vurğuladı

0

  •      11 oktyabr 2021-ci il tarixdə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş toplantı Serbiyanın paytaxtı Belqradda işinə başladı. Həmin toplantıda İlham Əliyev cənabları videoformatda çıxış etdi.Azərbaycan Respublikasının Prezidenti Qoşulmama Hərəkatının sədri olaraq tədbirin rəsmi hissəsinə sədrlik etdi. Qoşulmama Hərəkatının yüksək səviyyəli toplantısına ev sahibliyi etdiyinə görə İlham Əliyev cənabları Serbiyanin prezidenti cənab Aleksandr Vuviçə minnətdarlığını bildirdi. Dövlət Başçısı bildirdi ki, 1961-ci ildən indiyənədək Qoşulmama Hərəkatı qlobal sülh ,həmrəylik, ədalət naminə fəaliyyət göstərmiş, eləcə də BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif 120 ölkəni özündə birləşdirərək , daha ədalətlə yanaşma tərzinə malik olmuşdur. Bu təsisatın dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşdığını diqqətə çatdırdı. İlham Əliyev cənabları çıxışında vurğuladı ki, Qoşulmama Hərəkatı Banduq prinsipləri ilə hərəkət edir və əgər bütün ölkələr bu prinsiplərə riayət etsəydilər, dünyada müharibələr və münaqişələr görməzdik.
       Daha sonra Ölkə Başçımız ölkələrin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu söyləyərək Azərbaycanın bütün ölkələrin ərazilərinə hörmətlə yanaşdığını vurğuladı. Azərbaycan 2011- ci ildən Qoşulmama Hərəkatının ailəsinə daxil oldu və 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil səsi ilə Azərbaycan 2019-2021-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.
        İlham Əliyev cənabları bildirdi ki, 2020-ci ildən indiyədək COVİD -19 pandemiyasının dövründə Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə məsuliyyətlə yanaşmış, pandemiyanın çətinliklərinin qarşısının alınması üşün bir sira təşəbbüslər irəli sürmüşdür.
        İlham Əliyev cənabları söylədi : " Bİz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. "Dövlət başçısını bu təklifi daha sonra 150-dən şox öklənin dəstəyi ilə nəticələnmişdir.
        Azərbaycanın könüllü olaraq pandemiya ilə mübarizədə 10 milyon ABŞ dollları həcmində Ümumdünya Səhiyyə Təşkilatına yardim etdiyi, bu məbləğin yarısının Qoşulmama Hərəkatının üzvlərinə edildiyini söyləyən İlham Əliyev cənabları Azərbaycanın 30-dan şox ölkəyə humanitar və maliyyə yardımi etməsini vurğulaması ölkəmizin qüdrətindən xəbər verir. İlham Əliyev cənabları təəssüf hissi ilə qeyd etdi ki, beynəlxalq hüqüq normaları və beynəlxalq təşkilatların qərarlarında ikili standartlar nümayiş olunur ki, bu da münaqişələrə mənfi təsir göstərir. Azərbaycan da 30 il bu cür halla qarşılaşırdı. Ermənistan bu ikili standartlardan istifadə edərək Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlaya bildi. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürüdən ermənilərin Xocalı faciəsini törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdiklərini toplantı iştirakçılarının diqqətinə çatdırdı. Prezident çıxışında 1 milyon insanın hüquqlarının ermənilər tərəfindən pozulduğunu bildirdi. BMT- nin 4 qətnaməsini rədd edən Ermənistana isə heç bir sanksiya tətbiq olunmadı, təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadığını bildirdi. Dövlət Başçımız Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki mülki binalarına, tarixi və dini abidələrə vəhşiliklə yanaşdığını, dağıntılara məruz qoyduğunu bildirdi.
       İlham Əliyev cənabları bildirdi ki, Ermənistan daha çox ərazi işğal etmək üçün 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı yenidən genişmiqyaslı hücuma keçdi. Azərbaycan tərəfi əks-hücum nəticəsində işğal olunmuş torpaqlarını azad etməyə başladı. Azərbaycanın Şanlı Ordusu BMT-nin icra olunmayan 4 qətnaməsini 44 gün ərzində uğurla icra etdi.
       Azərbaycan Respublikasının Prezidenti nitqində söylədi: " Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyimizi vurğulamaq istərdik. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açəqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial sadiqliyini nümayiş etdirdilər."
    Sonda Prezidentimiz qeyd etdi ki, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin 2023-cü ilin sonuna qədər uzadılmasına qərar verilmişdir. Verilən bu qərar Azərbaycanın Prezidenti İlham Əliyev cənablarının uğurlu sədrliyinin bariz nümunəsidir.
    Şəhriyar Məmmədov,Xocalı rayon Yaloba kənd tam orta məktəbinin çağırışaqədərki hazırlıq müəllimi 





    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib31 dəfə
    Ölkə Başçımız Qoşulmama Hərəkatının ölkələrin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu vurğuladı

    Maraqlı gələ bilər
    33
    31
    28
    59